Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO

Bu gün, 12:18           
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir -
Keçən günlərdə Baku TV-də yayımlanan "Aktual Gündəm" verilişində Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi ölkə ərazisində 90-a yaxın çimərlik olduğunu və onlardan yalnız yeddisinin ödənişsiz fəaliyyət göstərdiyini bildirib.

Bu məsələ öz növbəsində ciddi suallar doğurur.


Çünki tez-tez çimərliklərin iş adamları tərəfindən zəbt olunmasından və ödənişli olmasından narazılıqlar səsləndirilir. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşərkən çimərliklərə girişin ödənişsiz təşkil olunmasının vacibliyini vurğulayıblar. "Çimərliyə giriş ödənişsiz, amma xidmətlərdən istifadə ödənişli olmalıdır", - vətəndaşlardan biri söyləyib.

Bəs çimmək üçün qadağan edilən ərazilər hansı meyarlarla müəyyən edilir?

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib ki, onlar tərəfindən yalnız təhlükəsizlik məsələlərinə baxılır və vətəndaşlara burada çimməyin təhlükəli olduğu deyilir. Çimərliklərin ümumi sayına gəlincə isə "Aktual Gündəm" verilişində səsləndirilən rəqəmlərin təxmini say olduğu qurum tərəfindən qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru