Ərdoğan: "PKK-nın tərk-silahına dair qanun layihəsi Türkiyə parlamentinə təqdim olunacaq"

Bu gün, 11:38           
Ərdoğan: "PKK-nın tərk-silahına dair qanun layihəsi Türkiyə parlamentinə təqdim olunacaq"
"PKK terror təşkilatının tərk-silah olunması haqqında qanun layihəsi yaxın günlərdə Türkiyə parlamentinə təqdim olunacaq".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

"Siyasi partiyaların dəstəyi ilə terrorçuluqdan azad Türkiyənin qurulması prosesini sona çatdıracağıq. Bu proses başa çatdıqda ölkəmiz ağır iqtisadi yükdən azad olacaq və bundan 86 milyon sakin faydalanacaq", - deyə Ərdoğan qeyd

O əlavə edib ki, Türkiyənin terrorçuluqdan illik itkiləri 50 milyard dollardan çoxdur.

Xatırladaq ki, 2025-ci ilin may ayında PKK özünü buraxması haqqında qərar qəbul etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru