6 rayonda ciddi nöqsanlar aşkarlandı - SİYAHI

Bu gün, 11:24           
6 rayonda ciddi nöqsanlar aşkarlandı - SİYAHI
Dövlət Statistika Komitəsi 6 rayonda aparılmış yoxlama və qiymətləndirmələr zamanı fəaliyyətin rəsmi metodologiyaya uyğun qurulmaması ilə bağlı ciddi nöqsanlar aşkarlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Komitənin 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Hesabat dövründə Qusar, Tovuz, Beyləqan, Biləsuvar, Şamaxı və İsmayıllı rayon statistika idarələrində daxili nəzarətin zəif olduğu və respondentlərlə işin düzgün təşkil edilmədiyi diqqətə çatdırılıb.

Qurumun sədri Azər Mursaqulov statistik məlumatların etibarlılığının əsas meyar olduğunu vurğulayaraq, aşkar edilmiş boşluqların təcili aradan qaldırılması barədə aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru