Tramp Ağ Evdəki görüşdə Zelenskiyə nə dediyini açıqlayıb Bu gün, 10:26 ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşü müsbət qiymətləndirib.Oxu.Az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb."Görüş yaxşı keçdi", - deyə Tramp Oval kabinetdə jurnalistlərin Zelenski ilə görüşü qiymətləndirməsi ilə bağlı sualını cavablandırarkən bildirib."Mən onun müharibəni bitirməsini istəyirəm. Hər şey bu qədər sadədir", - deyə ABŞ prezidenti əlavə edib.Trampın sözlərinə görə, o, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı yola gedir. Facebook-da paylaş