Futbolda inqilabi dəyişiklik: Komanda bu halda 10 nəfərlə oynayacaq

Bu gün, 10:24           
Futbolda inqilabi dəyişiklik: Komanda bu halda 10 nəfərlə oynayacaq
İngiltərə Premyer Liqası qapıçıların zədələnmə hallarından taktiki fasilə kimi istifadə edilməsinin qarşısını almağı hədəfləyən yeni sistemin Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqləndiyini açıqlayıb.
TEREF xəbər verir ki, yeni qaydalara əsasən, qapıçı zədə səbəbindən oyunu dayandıraraq müalicə tələb edərsə, baş məşqçi dərhal meydandakı futbolçulardan birini kənara çıxarmalı olacaq. Oyun yenidən başladıqdan sonra zədələnən qapıçının komandası ən azı 1 dəqiqə meydanda 10 nəfərlə mübarizə aparacaq. Məşqçi hakimin işarəsindən sonra 10 saniyə ərzində kənara çıxacaq futbolçunu seçməzsə, bu tələb avtomatik olaraq komanda kapitanına şamil ediləcək.
İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqlənən qaydalar 2026–2027-ci illər mövsümündən qüvvəyə minəcək.
Həqiqi zədələr istisna olacaq
Qapıçının rəqibin kobud müdaxiləsi nəticəsində zədələnməsi, futbolçu ilə toqquşması və ya qanaxma halları bu qaydanın tətbiq dairəsinə daxil edilməyəcək. Beləliklə, həqiqi zədə hallarında komanda cəzalandırılmayacaq.
Qadın liqalarında da tətbiq olunacaq
Yeni mövsümdən etibarən hakimlər aut atışı və qapı zərbəsinin yerinə yetirilməsini gecikdirən futbolçular üçün kənardan **5 saniyəlik** geri sayım aparacaqlar. Müddət başa çatdıqda aut rəqib komandaya veriləcək, qapı zərbəsi gecikdirildiyi halda isə rəqib komandanın xeyrinə künc zərbəsi təyin oluna biləcək.
Əvəzlənən futbolçuların meydanı tərk etməsi üçün 10 saniyə vaxt veriləcək. Bu müddət aşılarsa, əvəzedici futbolçu yalnız oyun dayandırıldıqdan və ən azı 1 dəqiqə keçdikdən sonra meydana daxil ola biləcək.
Yeni qaydalar qadın futbol liqalarında da qüvvədə olacaq.
Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru