Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı - BELƏ HARA GEDİRLƏR?

Bu gün, 10:28           
Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı - BELƏ HARA GEDİRLƏR?
BOKT "International" ASC-nin vergi borcu DAHADA ARTIB: Səhmdarlar Həsənov qardaşlarıdır

"Bank Olmayan Kredit Təşkilatı "International"" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu böyüməkdə davam edir.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən BOKT-un hazırda dövlət qarşısında 566.795,20 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, 10.000.000 AZN nizamnamə kapitalı olan ASC Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk pr., ev 12A ünvanında hüquqi qeydiyyatdadır. Təşkilatın qanuni təmsilçisi Nicat Vaqif oğlu Həsənovdur.

Mediada gedən məlumatlara görə, məşhur BOKT "International"-ın səhmdarlarından biri də qanuni təmsilçi Nicat Həsənovun qardaşı Rifat Həsənovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru