“Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” - Rəşid Mahmudovdan İLGİNC AÇIQLAMA

Bu gün, 12:56           
“Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” -
“Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasında psixiatrik xəstələr, psixikası pozulanlar, dəlilər yatır. Ağıllı adam orada yatmır. Psixiatriyada bir çox xəstəliklər var. Mən onların adını sizə desəm də bilməyəcəksiz. Əsəb xəstəlikləri həm yüngül, həm də ağır formada olur. Həmin xəstələr orada müxtəlif üsullarla müalicə olunurlar və daha sonra cəmiyyətə qarışırlar. Əks halda əlbəttə ki, onlar üçün çətin olar”

Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib. O daha sonra əlavə edib:

“Vaxtilə sənətkarlarımızın bir çoxu orada yatıb. Bilirsiniz ki, sənət aləmində haqsızlıq çox olur. Ya da ki, sənətkarlar rol üzərində çoxlu əsəb yaşayırlar. Onların əsəbləri pozulur, yaxud da sinir sistemləri zədələnir. Nevrpotologiya ayrı şeydir, psixiatriya isə dəlilik haqqında elmdir. Şizofreniyanın manyakal, depressiv forması da var. El arasında deyirlər ki, filankəs narkomandır, Maştağadakı xəstəxanada yatıb. Bu tamam ayrı bir şeydir. Narkomanlar Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasında yatmır” deyə Rəşid Mahmudov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru