Ölkədən nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır

Bu gün, 12:08           
Ölkədən nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
Mərkəzi Bankın sədri Taleh müəllim deyib ki, qəti narahatçılıq yoxdur, dollar manat qarşısında bahalaşmayacaq.
Belə əminlik varsa, o zaman üzən məzənnə tətbiq edilsin, daha kursu Baş bank müəyyən etməsin.
İkincisi, il ərzində neft-qaz yüksək qiymətə satılır, nəticədə xarici ticarətdə müsbət saldo var, makroiqtisadi göstəricilər də sabit qalır,
Üçüncüsü, ilin birinci yarısı ölkənin idxalı 30 faiz azalıb. Təəssüf ki, bunun səbəbi daxili istehsalın yüksəlməsi deyil, iqtisadi daralma, ÜDM-in artmamasıdır. İdxal azalırsa, xarici vaıyutaya da tələb aşağı düşür.
Banklarda dollarlaşmanın azalması son 10 ildə manatın məzəmməsinin sabit qalması və xarici vaıyutada saxlanılan əmanətlərin gəlirliliyinin cüzi olmasıdır. Pulu olan manatda saxlayıb faizdən qazanmaq istəyir.
Bir sözlə, ölkədən nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır.
Adını nə qoysaq da reallıq belədir
Elchin Rustamli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru