Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Bu gün, 12:18           
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub.

Bu barədə RBK məlumat yayıb.

Seylorun sözlərinə görə, süni intellekt STRK ("Strike") adlı müddətsiz imtiyazlı səhmlərin hazırlanmasında mühüm rol oynayıb. Səhm və istiqrazın xüsusiyyətlərini birləşdirən bu hibrid maliyyə alətinin yerləşdirilməsindən əldə olunan vəsait sonradan "Bitcoin" alışına yönəldilib. Daha sonra şirkət bu istiqamətdə fəaliyyətini genişləndirərək diqqəti STRC ("Stretch") adlı imtiyazlı səhmlərə yönəldib.

Maykl Seylor qeyd edib ki, məqsəd analoqu olmayan yeni maliyyə aləti yaratmaq idi və bu prosesdə süni intellekt mühüm dəstək göstərib.

Hazırda isə "Strategy" yeni imtiyazlı səhmlər buraxa bilmir. Buna səbəb həmin səhmlərin bazar qiymətinin nominal dəyər olan 100 dollardan aşağı düşməsidir.

Buna baxmayaraq, Seylor hesab edir ki, gələcəkdə uğur qazanmaq istəyən şirkətlər üçün süni intellektdən istifadə zərurətə çevriləcək.

İyulun 31-nə olan məlumata görə, "Strategy" şirkətinin ehtiyatında 842 138 "Bitcoin" var. Şirkət 2020-ci ildən bəri "Bitcoin" alışına ümumilikdə 63.51 milyard dollar xərcləyib.

Bununla yanaşı, "Strategy" cari ilin ikinci rübünü 8.2 milyard dollar zərərlə başa vurub. Şirkət may ayının sonunda maliyyə sabitliyini qorumaq məqsədilə uzun illərdən sonra ilk dəfə "Bitcoin" ehtiyatının bir hissəsini satmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru