Koreyalı tələbə anomal istilərdən qorunmaq üçün "kölgə" naviqatoru hazırlayıb

Bu gün, 12:38           
Koreyalı tələbə anomal istilərdən qorunmaq üçün "kölgə" naviqatoru hazırlayıb
Cənubi Koreyada istifadəçilərə şəhərdə ən kölgəli marşrutu təklif edən yeni mobil tətbiq istifadəyə verilib. Ölkədə müşahidə olunan anomal istilər səbəbindən bu xidmət qısa müddətdə böyük maraq qazanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Korea Herald" nəşri məlumat yayıb.

Tətbiq marşrut hazırlayarkən Günəşin mövqeyini nəzərə alır, ağacların və binaların kölgəsinin hara düşəcəyini hesablayır. Bundan əlavə, istifadəçiyə yolun neçə faizinin kölgəlikdən keçdiyini də göstərir.

Proqram, həmçinin avtobusda birbaşa günəş şüalarından qorunmaq üçün hansı tərəfdə əyləşməyin daha uyğun olduğunu müəyyən edir. Bu funksiya metro vaqonları üçün də əlçatandır.

Naviqasiya xidməti Seul Milli Universitetinin 23 yaşlı tələbəsi tərəfindən hazırlanıb. Tətbiqin müəllifi bildirib ki, isti havada universitetə gedərkən çətinlik çəkdiyi üçün bu ideyanı reallaşdırmağa qərar verib.

Qeyd edək ki, avqustun əvvəlində Cənubi Koreyanın cənub-şərqində havanın temperaturu 42.5 dərəcəyədək yüksəlib. Bu göstərici ölkədə 1904-cü ildən bəri aparılan meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək temperatur hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru