Bərdə səhiyyəsi qanqrena verir: Vüsal həkim, hardasınız?

Bu gün, 12:28           
Bərdə səhiyyəsi qanqrena verir: Vüsal həkim, hardasınız?
Bərdə rayon Mərkəzi Xəstəxanasında idarəetmə qanqrena verib. Belə ki, xəstəxananın direktoru Vüsal Məmmədovun yarıtmaz idarəçiliyi yerli sakinlərin narazılığına səbəb olmaqdadır. Bu günlərdə Bərdə sakinlərindən biri sosial media hesabına xəstəxanadan çəkdiyi videonu paylaşaraq biabırçı bir vəziyyət yaşandığını bildirib. Onun sözlərinə görə, xəstəxanaya iki nəfər avtoqəza, biri isə başqa hadisədən aldığı xəsarətlə müraciət edib. Lakin həmin saatda yalnız bir cərrah olub. Bərdə sakini bildirir ki, rayon mərkəzi xəstəxanasının günü bundan ibarətdir və cərrah ehtiyac olduğu halda çarəsiz vəziyyətdə gözləməli olurlar. Vətəndaş Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət edərək Bərdə səhiyyəsindəki problemləri araşdırmağa çağırıb.

TƏBİB BBC Azərbaycancaya bildirib ki, müraciət edən xəstələr qeyri-iş saatında
xəstəxanaya gəliblər. Həmin vaxt növbətçi həkim xidmət göstərib. Vətəndaşlar isə cərrah çatışmazlığından şikayətlənirlər.

Onu da deyək ki, direktorun 400 minlik malikanəyə, 150 minlik avtomobilə necə sahiblənməsi barədə daha sonra detallı şəkildə məlumat verəcəyik.

Anaxeber.info.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru