15 yaşlı qızı zorlayan Mandelanın nəvəsi tutulub

17-08-2015, 20:37           
15 yaşlı qızı zorlayan Mandelanın nəvəsi tutulub
Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın nəvəsi həbs olunub.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o 15 yaşlı qızı zorlamaqda günahlandırılır. Məlumatda qeyd edilir ki, Mandelanın nəvəsi zərərçəkənə ayaqyolunda hücum edərək orada zorlayıb. Zərərçəkənin atası xəbər tutan kimi polisə müraciət edib. Ancaq keçmiş prezidentin nəvəsinin ailəsi işi qabartmamağa cəhd edib. Nelson Mandelanın arvadının mühafizəçisi qızın ailəsinin evinə gəlib özünü polis kimi təqdim edərək təcavüzkarı həb etmək üçün heç bir əsas olmadığını bildirib.

“Sadəcə, tanınmış soyada görə onlar cavabdehlikdən yaxa qurtarmaq istəyirlər. Ancaq sanki uşağı götürüb zorlamaq normal deyil. Qız tamamilə gəncdir, o hətta spirtli içki də qəbul etmir”, - zərərçəkənin atası deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru