Azərbaycan Türklərinin qurduğu ilk İmperiyamız, Qud-Qut-Quti və ya Kut-Kuti ( Ağod) dövləti 4200 il öncə.

Bu gün, 07:34           
Azərbaycan Türklərinin qurduğu ilk İmperiyamız, Qud-Qut-Quti və ya Kut-Kuti ( Ağod) dövləti 4200 il öncə.
İlk növbədə Qud adı anlamına mümkün qədər aydınlıq gətirək, sonra adın başqa adların da anlamlarına tarixi bilgi və bəlgələrlə aydınlıq gətirməyə çalışacağıq.
Qud - öntütkcəsi böyük ehtimallara görə AğOd yəni Ulu Tanrının odu-həqiqəti. Ağ- Ulu Tanrı mənasında Türklər yaşayan yerlərdə şox sayda yer, yurd adları mövcuddur. Farslar bu AğOd sözünü alıb Xuda yəni eyni mənada işlədirlər. Gələcək paylaşımlarda yeri gəldikcə Ağ və Bağ adları haqqında paylaşəmlar edəcəm. İndidə keçək başqa tarixi mənbələrdə verilən Qud, Qut, Kut, adlarının mənalarına və məlumatlarına. Onu da deylm ki, qərəzsiz tarixi bilgi, bəlgələr Türk Dünyasının Böyük Alimi Firudin Ağasıoğlunun Urmu nəzəriyyəsini təkzib etmir əksinə tam doğruluğunu və dolğunluğunu təsdiq edir!
Qut (kut). Göydən tanrının işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı qut (kut) adlandırmışlar. Qutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, toyda seçilən xaqanın tanrı qutu alması kimi dəyərləndirilirdi. Sonralar qut sözü «ruh» anlamında şamanizm termini kimi işlənmişdir.
Qut sözü türk onomastikası üçün də doğmadır.90 Belə ki, Kut Tənri xatunı, Kutan, Kutluğ, Qutqan, Kutlu//Qutlu, Kutadmış, Qutalmış kimi türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bugün də işlənir. Azər dilində qut sözü «matı-qutu qurudu», «ye, ürəyində qutun olsun» deyimlərində qalmışdır. KDQ-da «Bu ad, bu yigidə qutlu olsun» və Manas eposunda «Kuyruğuna kut düşmüş, kutlu kula at kiminki» deyimləri qut sözünün qutsal anlamını yaşadır. Güney Azərbaycanda qutların birbaşa davamçısı olan qaşqaylar içində qutlu boyu vardır.91 Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır.
Çin yazılarında quduxeu şəklində verilən hun titulunun bütövlükdə
forma və mənası bəlli olmasa da, onun kökündə qut sözünün durması şübhə doğurmur, çünki qutluq titulu da çincə qu-du-lu şəklində verilir.
Çin qaynağında qut titul kimi qeyd olunub.«Hökmdarlar iqtidarı tanrıdan
alırlar» deyimini bizə çatdıran «Kutadğu Bilig» abidəsinin adında işlənən
kutadğu sözünün özü də hakimiyət, iqtidar anlamı ilə bağlıdır.
Qut sözünü Xotan, Kotanlı tipli toponimlərlə; doğu-german boyadı qot ilə; türk-german Qut/Qud/Qod və türk-iran Kuday/Xudu teonim paralelləri ilə; qohumluq termini
quda və yağış çağırmaq üçün oxunan Qodu-Qodu nəğməsilə də müqayisə edib, müəyyən
yozum vermək olar. Lakin bunların bir qismi osetlərə keçən Kutiyev soyadı kimi, yuxarıda göstərilən qutsal anlamlı qut sözü ilə bağlıdır. Osmanlı dönəmi arxivlərində Kutlu,
Kutlubəyli, Kutlucalı, Kutlulu, Kutluoba, Kutluyurd etnonim və toponimləri aydın göstərir ki, qut sözü boyadı kimi geniş işlənmişdir. 91 Èáðàùèìîâ, 1988, 42; Qədim türk inanc sistemində yaranmış qut sözü vaxtilə türklərlə kontaktda olmuş hat və hetlərin (kut), sami xalqlardan yəhudilərin (qod, qodeş),
arameylərin (qodh), ərəblərin (qüds, qüdrət), germanların (qod, qud) dilinə keçmişdir.
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Qutun dəyişik növləri də mövcuddur. Məsələn Avropada Qot yəni Tanrı adlanırdı.
E.ə. III minillikdə Urmiyə gölünün qərb və güney-qərb bölgəsində Quti tayfa birləşmələri mövcud idi. Onlar həmin minilliyin ikinci yarısından sonra dövlət kimi birləşdilər. Qutilər Şumerlərlə müttəfiq olmuşdular; lakin Akkadların işğalçı siyasətinə də kəskin etiraz edirdilər. Quti dövləti boy birləşmələrindən yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk, kuman, bars, böri, qarqar, azər, zəngi və s. türk boyları iştirak edirdilər. Mənbələr yazır ki, qutilər e.ə. XXIII əsrin nəhayətində Mesopotamiyadan qovulmuşlar. Onların hakimiyyəti 91 il 40 gün çəkmişdir. Quti dövlətinin ən böyük xüsusiyyəti onun demokratik əsaslarla idarə edilməsi idi. Quti elinin paytaxtı indiki Kərkük (Arrapha) şəhəri idi.
E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. "Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 – 2205) dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.
M.ö 2200 ildə Qut dvləti quruldu. İkinci bu coğrafiyaya Sami kökənli Akkadlar 4200 min il əvvəl Mesapatoməyaya gəldilər. Qut dövləti 17 il sonra imperiyaya çevrildi yəni qonşu dövlətləridə Elam Akkad Şumeridə içərisinə almışdılar.Qut tayfası 100 il bu coğrafiyada başqa xalqları idarə edən Türk tayfasıdır. Türk tayfalarından hansı hökranlıq edirsidə dövlətdə həmin adla adlandırılərdi. Məsələn Subar, Turki, Aratta, Lullubey, Qut, Turuk, Man, Mad, Saqa, Azər, Alban, Qara qoyunlu, Ağ qoyunlu, Səfəvilər, Əfşar, Qacar və.s. 4100 ildə Qut parçalandı onun yerində iki Bəylik yarandl Subar və Turuk Bəyliyi.
Subar Bəyliyinin torpaqları Urmuyyənin qərbi indiki İrakın şimal hissəsi olmuşdur və 500 il yaşamışdır.
Maraqlı cəhət ondan ibarətdir ki, dövlətin başçıları seçki ilə seçilirdi.
21 hökmdardan ibarət, bir dəfədən artıq seçilməyən elbəyilərin hakimiyyət illərini təqdim edirik.
2200-2198 – Nita, 5il (1 il əskik)
2197-2192 – İngeşuş, 6 il
2191-2186 – Sarlaqab, 6 il
2185-2180 – Yarlaqaş, 6 il
2179-2174 - Elulumeş 6 il
2173-2169 – İnimabakeş, 5 il (1 il əskik)
2168-2163 – İnqeşuş, 6 il
2162-2157 - Yarlaqab 6 il
2156-2151 (---------) 6 il
2150-2148 – (---------) 3 il
2147- 2145 – İbate, 3 il
2144-2142 – Yarlaqab, 3 il
2141-2140 - Kurum 1 il (2 il əskik)
2140-2138 – Habilkin, 3 il
2137-2136 – Laerabum, 2 il
2135-2134 – İrarum, 1il (1il əskik)
2133-2132 – İbranum, 1 il (1 il əskik)
2132-2131 – Hablum, 2 il
2130-2124 - Puzur Suen, 7 il
2123-2117 – Yarlaqanda, 7il
2116-2110 – Sium, 7 il
2109-... Tirikan, 40 gün
Təvəkgül Nəbioğlu
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru