"Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir"- ABŞ milli təhlükəsizlik müşaviri

18-02-2018, 10:34           
"Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir"- ABŞ milli təhlükəsizlik müşaviri
Şənbə günü Almaniyada Rusiyanın və ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında ABŞ Ədliyyə Nazirliyinin 13 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürməsi ilə bağlı mübahisə yaranıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri H.R. MakMaster Münhen Təhlükəsizlik Konfransından deyib ki, “federal ittiham nümayiş etdirir ki, ABŞ getdikcə xarici casusluq və təxribatın mənbəsini müəyyən etməkdə daha çox bacarıqlı olur.” O əlavə edib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir.

Bu ifadədən bir neçə dəqiqə öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ittihamları “boşboğazlıq” adlandırmışdı: “Siz istədiyiniz şeyi nəşr edə bilərsiniz, gördüyümüz odur ki, bu ittihamlar, bəyanatlar getdikcə daha çox artır.”

Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat qrupu13 Rusiya vətəndaşına qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürüb. İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.

İttihamnaməyə əsasən, 2016-cı ildə təqsirləndirilən şəxslərin əməliyyatları Trampın namizədliyini "dəstəkləməyə" və onun Demokrat rəqibi Hillari Klintonu "pisləməyə" yönəlib. Onlar həmçinin Demokrat namizəd Berni Sandersə dəstəyi artırmağa və Respublikaçı namizədlər "Ted Kruz və Marko Rubionu gözdən salmağa" çalışıblar.

Cümə günü açıqlanan 37 səhifəlik ittihamnamə indiyədək ABŞ hökumətinin Rusiyanın 2016-cı ilə seçkilərinə müdaxiləsini ən ətraflı şəkildə detallayan sənəddir ("Amerikanın səsi").












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru