Azərbaycanı quraqlıq təhlükəsi gözləyir (Foto)

28-08-2015, 20:40           

WRI ölkələrin siyahısını açıqladı.

Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatı 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 3 ölkədən ibarət siyahıda Azərbaycan 4,69 balla 18-ci yerdədir. Təşkilatın ekspertlərinin fikrinə görə, 2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır. Azərbaycanın qonşuları İran (4,91 balla 13-cü yer) və Ermənistan da (4,60 balla 22-ci yer) adıçəkilən siyahıda yer alıb. Siyahıda maksimal 5 balı Qatar, Bəhreyn, San-Marino, Fələstin, BƏƏ, Sinqapur və Küveyt alıb. Bu ölkələrdə vəziyyət daha da təhlükəli hesab olunur. (Oxu.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru