ABŞ-dan ŞOK GEDİŞ: Baydenin müşaviri məxfi şəkildə Rusiya ilə..

7-11-2022, 09:28           
ABŞ-dan ŞOK GEDİŞ:
Vaşinqton Ukraynada münaqişənin genişlənməsinin qarşısını almaq üçün Moskva ilə konfidensial (məxfi) danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin qeyd edib ki, söhbət ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın son aylarda Rusiya lideri Vladimir Putinin köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparmasından gedir.

Həmçinin, Sullivan Kiyevi Moskva ilə nizamlanmaya hazır olduğuna dair açıq siqnal göndərməyə çağırıb.

"Təmasların məqsədi Ukraynada münaqişənin eskalasiyasının, o cümlədən nüvə silahından istifadə təhlükəsinin qarşısını almaqdır. Lakin Sallivanın təşəbbüsü ABŞ-ın digər yüksək rütbəli siyasətçiləri arasında dəstək tapmır", - məqalədə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru