İcra başçısının həbs etdirmək istədiyi jurnalistlə bağlı QƏRAR
15-12-2022, 10:26
Ali Məhkəmədə jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
TEREF.AZ-ın pravda.az-a istinadən məlumatına görə, hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.
Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsəsən, jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından isə 20 faiz dövlət hesabına köçürməlidir. Hökmdən narazı qalan Cəmil Məmmədli apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb.