ABŞ Maduronu niyə devirdi, neft bahalaşacaq, yoxsa ucuzlaşacaq?

4-01-2026, 12:04           
ABŞ Maduronu niyə devirdi, neft bahalaşacaq, yoxsa ucuzlaşacaq?
Maduro ABŞ tərəfindən həbs edildi.
Bu gün ABŞ ordusu Venesuelaya genişmiqyaslı zərbələr endirdi və rəsmən Maduro və həyat yoldaşını tutduğunu açıqladı.
Siyasi tərəflərini deyil, dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrindən biri olan Venesualada hakimiyyət dəyişikliyinin neft qiymətlərinə necə təsir edəcəyi hər kəsi düşündürür. Eyni zamanda Azərbaycanı da…
Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq?
Uzun illər idi ki, ABŞ-ın sanksiyaları və tanker blokadası səbəbindən Venesuelanın neft ixracı azalmışdı.
Lakin Maduronun getməsi ilə situatsiya dəyişdi. Bir çox bazar analitikləri ABŞ-ın müdaxiləsinin ilk mərhələsində neft qiymətində kiçik yüksəliş riskini (geosiyasi risk primi) yarana biləcəyini istisna etmir. Bu bazarda volatillik yarada bilən keçici psixoloji təsir kimi qiymətləndirilir.
Bu həftə bütün ehtimallara görə neft qiymətlərində bazarda qeyri-müəyyənlik arta bilər və qiymətlər qalxa bilər, çünki təklifdə narahatlıq yaranır. Lakin bu qısamüddətli olacaq.
Bizim “EconomX” treyder mənbələrizdən biri qiymətlərin əvvəlcə aşağı düşə biləcəyini deyir, bunun səbəbi Venesuelanın ABŞ-la münasibətləri normallaşdırarsa, uzaq perspektivdə neft tədarükünün artması ilə bağlı bazar gözləntiləridir. Bu ssenaridə, ABŞ-ın dostu yeni rejim, neft sənayesinə sərmayə qoyub istehsalı artırarsa, dünya bazarında təklif genişlənə bilər – lakin bu yaxında baş verməyəcək. Uzunmüddətli trend üçün qiymət təzyiqi aşağı yönlü ola bilər ki, bu da əsas gözləntilərdən biridir.
Ən mühim məqam odur ki, Venesuela OPEC+ üzvüdür. Bu hadisə OPEC+ qərarlarına təsir edə bilər.
Xüsusilə digər üzv ölkələr (Səudiyyə, Rusiya və s.) hasilatı artırıb-azalda bilər ki, bu da qlobal qiymət dinamikasını dəyişə bilər. Lakin ABŞ-ın təzyiqləri fonunda bu ehtimal çox azdır.
Ümumilikdə: Bu istiqamətdə təsir həm qısa, həm də orta müddət üçün qiymət volatilliyi və təklif qeyri-müəyyənliyi gətirə bilər. Potensial uzun müddətli təsir isə çoxlu faktorlar (yeni rejim, beynəlxalq sanksiyalar, OPEC qərarları) vasitəsilə formalaşacaq.
Yəni sərt qiymət artımı və ya enişi gözləmək sadəlövhlükdür.
Amma burada diqqət edidlməli başqa bir məqam da var - ABŞ-ın sanksiyaları və tanker blokadası səbəbindən Venesuelanın neft ixracı artıq azalmışdı. ABŞ yeni hökumətlə anlaşsa bazara daha çox neft çıxarıb qiyməti aşağı sala bilər.
Və bu Tramp komandasının maraqlarına uyğundur…
İndi isə gəlin bu suala cavab axtaraq - ABŞ yeni hökumətlə anlaşsa, Venesuela nefti bazara axa bilərmi?
Teorik olaraq: bəli. Praktikada: mərhələli və gecikməli bir prosses baş verəcək.Lakin nəzərə alaq ki, Venesuelanın neft sektoru illərlə sanksiya və investisiya çatışmazlığı səbəbilə dağılıb. İnfrastrukturu köhnəlib. Hazırda Venesuelada ağır neft üçün diluent (qarışdırıcı) problemi var. Və eyni zamanda ixrac terminalları tam gücdə deyil.
Birja treyderləri nəzərə almalıdır ki. Hətta Venesuelaya qarşı sanksiyalar bu gün götürülsə belə neft hasilatı və uxracatında yaqxın 6 ayda cüzi artım baş verəcək. Lakin 12-18 ay ərzində artıq ABŞ neft bazarında ciddi təsir imkanları qazanacaq.
Yəni bu o deməkdir ki, Madura devrildi və “kranı açdıq, qiymət düşdü” hekayəsi deyil. Lakin gəlin xüsusi məqama diqqət edək!
ABŞ nefti yüngül, Venesuela nefti ağırdır. Bu Venesuela neftinin ABŞ üçün ciddi ehtiyaclar yaratdığını ifadə edir. ABŞ nefti (şist) yüngül (light), az kükürdlü (sweet) API: ~40–50 tərkiblidir. Benzin və LNG üçün idealdır. Lakin ağır məhsullar (dizel, asfalt, mazut) üçün zəifdir.
Lakin Venesuela nefti çox ağır (heavy / extra-heavy), API: 8–20 kodunda və tərkib olaraq kükürd yüksəkdir. Venesuela nefti dizel, jet fuel, asfalt üçün idealdır. İndi isə gəlin ABŞ üçün Venesuela neftinin əhəmiyyətinə diqqət edək - ABŞ-da neft yüngül, zavodlar isə ağır neft üçün qurulub.
Zamanında ABŞ neftayırma zavodları Texas (Gulf Coast), Louisiana əsasən Koker (coking) texnologiyası ilə təchiz olunub. Bu zavodlar da məhz Venesuela, Kanada, Meksika kimi ağır neft üçün dizayn edilib. 11 il öncə Venesuela neftinin təchizatı tam kəsiləndən sonra ABŞ məcbur olub Kanada (Western Canadian Select), Meksika (Maya), İraq (Basrah Heavy) xammalını almağa başladı. Bu isə riskli mənbə və çox bahalı logistika demək idi. ABŞ üçün Venesuela nefti nə qədər “lazımlıdır”? Bəli Venesuela nefti ABŞ üçün ən ucuz ağır neftlərdən biridir. Logistik olaraq tankerlə bir neçə günə çatır. Orta Şərq neftindən xeyli ucuz logistika baxımından daha rahat nəql edilə bilir.
Digər bir tərəfdən ABŞ şist nefti ağır nefti əvəz etmir. ABŞ-ınemal zavodları yüngül neftlə ya səmərəsiz işləyir, ya da tam gücə çıxa bilmir. Məhz buna görə də ABŞ sanksiya dövründə belə “Chevron” üçün istisnalar verirdi… Nəticə etibarilə ABŞ Venesuela neftinin tam yoxa çıxmasına imkan vermədi
Lakin ABŞ Venesuelanı “tam sıxıb atmırmayacaq”. Mövcud Bolivar Odrusu ilə anlaşacaq. ABŞ Venesuelada Suriya, İraq, Əfqanıstan ssenarissini tətbiq etməyəcək. Venesuelada orduda 2 min general var. Son 70 ildə bu ölkədə siyasi qərarları ordu verib. Bir-iki aya Venesuelada general yetişdirmək mümkün deyil, o səbəbdən də ABŞ mövcud ordu ilə keçici də olsa analşacaq.
Lakin Tramp daha çox daxili siyəsətə hesablanmış addımlar atır. Tramp üçün Venesuela nefti məhz texniki zərurətdir. Venesuela neftinə hakim olan Tramp daxildə benzini ucuz saxlayır. Dizel və “jet fuel”I stabilləşdirir. ABŞ neft email zavodları tam gücdə işləyir.
Bəs Rusiya? Rusiya Venesuelada milyardlarla meqa layihə icra edirdi?
Uzun illər Venesuelada rus neft şirkətləri olub – xüsusən də Rosneft əsas oyunçu idi. Amma məsələ bir az “var idi, sonra çəkildi, indi dolayı iştirak var” formasındadır. Qısa və dəqiq izah edək.
Öncə gəlin bu suala cavab axtaraq:
- Venesuelada hansı rus neft şirkətləri olub?
Uzun müddət “Rosneft” (əsas oyunçu) Venesuelada birbaşa və ortaq layihələrlə fəaliyyət göstərib.
Əsas layihələri isə “Petromonagas”, “Petrovictoria”, “Petromiranda”, “Boquerón”, “Junín-6” (Orinoko hövzəsi) olub. Qeyd edək ki, bu layihələr Venesuelanın ağır və ekstra-ağır neft yataqlarıdır. Lakin 2019-2020-ci illərddə nə baş verdi? ABŞ Rosneft-in Venesueladakı fəaliyyətinə sanksiya təzyiqini artırdı.
Rosneft Venesueladakı aktivlərini rəsmi olaraq satdı. Və dərhal layihələrdən “çıxdığını” elan etdi. Amma reallıq bir az fərqlidir.
Rosneft getdi, Rusiya Venesueladan getmədi. Nəticə etibarilə “Rosneft”-in aktivləri Rusiya dövlətinə yaxın yeni bir şirkətə (rəsmi adı çox ön plana çıxarılmayan struktura) ötürüldü. İzlədiyimiz Dünya mediasındakı xəbərlərə görə bu qurum “Roszarubejneft”oldu və bu da “Rosneft”-ə yaxın dövlət strukturu kimi tanınırdı. Nəticə etibarilə bu “Roszarubejneft” De-fakto Rusiyanın maraqlarını qorumağa davam etdi. Yəni “Rosneft” loqosu getdi, “rus təsiri qaldı.”
Nəticə etibarilə, ABŞ-ın Venesualaya müdaxiləsi dünya bazarlarında neftin qiymətlərindən çox, ABŞ Neft Emalı Zavodlarının ağır Venesuela neftini əldə etməsi üçün əlverişli imkanlar yaradacaq.
Yaxın 6 ayda neft qiymətləri məhz Venesuelada baş verənlərə görə nə kəskin ucuzlaşacaq, nə də kəskin bahalaşacaq.
Rusiya Venesueladan təmamən çıxarılacaqmı?
Çin hansı iqtidasi addımlar atacaq?
Bu suallara da yaxın 1 ayda dəqiq cavablar vermək mümkün olacaq.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]