TƏBİB yeni heyəti "seçilmiş media nümayəndələri???" ilə qeyri-rəsmi görüş keçirib.
Dünən, 00:12
Görüş üzvlərinə də mesaj yazıblar ki, görüşdə yalnız seçilmiş media nümayəndələri iştirak edəcək, ona görə "məlumatı digər həmkarlarınızla bölüşməməyinizi xahiş edirik". Sizə kim ixtiyar verib ki, medianı seçirsiz, jurnalistlər arasında ayrı-seçkilik edirsiz? Sizin işiniz budurmu, "seçilmişlər"lə görüşüb, aparılacaq islahatları onların diqqətinə çatdırmaqdırmı ? Yaxşı, hər şeyi qoyduq kənara, hansı meyarlarla seçirsiz sizin ali hüzurunuza gələcək jurnalistləri? Beləmi islahat aparacaqsız səhiyyədə də? P.S. TƏBİB-in mətbuat departamentinin rəhbəri Zara İbrahimova mənimlə əlaqə saxlayaraq, yanlış anlaşılma olduğunu bildirdi. Qeyd etdi ki, media nümayəndələri ilə görüşlər davamlı olaraq, növbəlilik prinsipi ilə keçiriləcək. Birinci görüşdə aktiv sorğusu olan media nümayəndələri iştirak edib, amma onların da sayı yer məhdudiyyətinə görə müəyyənləşib. Zara xanım yazılan mesajın da yer məhdudiyyətinə görə ünvanlandığını dedi. Hebibe Abdulla TEREF