2026-cı ilin 31 may tarixinə bank sektorunda faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə əldə olunan vəsait 2 milyard 259,1 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 1 milyard 956 milyon manatla müqayisədə 303,1 milyon manat və ya 15,5% artım deməkdir.
Hesabat dövründə kreditlər üzrə faiz gəlirlərində də artım qeydə alınıb. Belə ki, 2026-cı ilin 31 may tarixinə kreditlər üzrə faiz gəlirləri 1 milyard 825,2 milyon manat olub. Bu göstərici ötən ilin müvafiq dövründə 1 milyard 540,7 milyon manat təşkil edib.
Beləliklə, kreditlər üzrə faiz gəlirləri illik müqayisədə 284,5 milyon manat və ya 18,5% artıb.