“Apple” Rusiyaya aid olan sosial şəbəkənin bütün tətbiqlərini sildi

Bu gün, 11:34           
“Apple” Rusiyaya aid olan sosial şəbəkənin bütün tətbiqlərini sildi
“Apple” şirkəti “VKontakte” qrupuna daxil olan tətbiqlərin “App Store” onlayn mağazasından silinməsini sanksiya məhdudiyyətlərinə əməl olunması ilə əlaqələndirib.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı “Ostorojno, novosti” teleqram kanalı yayıb.

“Apple” rəsmiləri bildiriblər ki, “VK” tətbiqləri sanksiya qaydalarına uyğun olaraq platformadan çıxarılıb. Şirkət fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik tələblərini yerinə yetirdiyini vurğulasa da, söhbətin konkret olaraq hansı sanksiyalardan getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, “VK” şirkəti özü ABŞ və Avropa İttifaqının birbaşa sanksiya siyahılarında yer almır.

Xatırladaq ki, iyunun 25-də “Apple” şirkəti “App Store”dan “VK” qrupuna məxsus 18 tətbiqi, o cümlədən “VK Video”, “VK Messenger”, “VK Music” və “Dzen” platformalarını silib. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi amerikalı nəhəngin bu addımını siyasi motivli adlandırıb.

Məlumat üçün bildirək ki, “VK” sosial şəbəkəsi 2006-cı ildə məşhur texnologiya sahibkarı Pavel Durov tərəfindən Rusiyada yaradılıb. Durov daha sonra – 2013-cü ildə qlobal miqyasda böyük populyarlıq qazanan “Telegram” messencerini də təsis edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru