Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT

Bu gün, 10:38           
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi (AQTA) xüsusi təhlükəli xəstəliklər üzrə keçiriləcək beynəlxalq seminar və simulyasiya məşqlərinin təşkili üçün elan etdiyi satınalma tenderinə yekun vurub.

32gun.az xəbər verir kiŞ Tenderin nəticələrinə əsasən, 35.478,8 AZN dəyərindəki müqavilənin icrası "VATA" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.

Layihə çərçivəsində xarici qonaqların aviabiletlərinin təmini, 4 ulduzlu oteldə yerləşdirilməsi, sinxron tərcümə avadanlıqlarının quraşdırılması və Bakı-Gəncə marşrutu üzrə logistika işləri qarşılanacaq. İyulun əvvəlində reallaşacaq 4 günlük genişproqramlı tədbirdə, həmçinin səyyar keyterinq xidmətləri, dron çəkilişləri və iştirakçılar üçün AQTA loqolu korporativ geyim və hədiyyə dəstləri də təmin olunacaq.

32gun.az-ın əldə etdiyi əsas məlumata görə, "VATA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu mövcüddur. Şirkətin 19058.09 AZN borcu var.

Bildirək ki, Bakı şəhər, Yasamal Rayonu Tblisi prospekti ev q0, mənzil 5 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 50 AZN, qanuni təmsilçi Faiq Məmmədov Məhəmməd oğludur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar İlahi oğlu Təhməzlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru