Rusiyalı alim qocalmanın əsas əlamətlərini açıqladı

Bu gün, 11:18           
Rusiyalı alim qocalmanın əsas əlamətlərini açıqladı
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Olqa Tkaçeva insan orqanizminin qocaldığını göstərən əsas əlamətlərdən danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Professorun sözlərinə görə, qocalma prosesinin əsas göstəriciləri orqan və sistemlərin fəaliyyətinin zəifləməsi, yerimə sürətinin azalması, eləcə də koqnitiv və sensor funksiyalarda yaranan pozuntulardır.

"Qocalmanın ən bariz əlamətləri müxtəlif orqan və sistemlərin fəaliyyətinin zəifləməsi, yerişin ləngiməsi, koqnitiv və sensor pozuntular, həmçinin eşitmə və görmə qabiliyyətinin pisləşməsidir", - deyə Olqa Tkaçeva bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru