“Ford” benzin mühərrikli avtomobillərin istehsalından tamamilə - İmtina Edəcək

18-02-2021, 09:19           
“Ford” benzin mühərrikli avtomobillərin istehsalından tamamilə -
“Ford” şirkəti 2030-cu ildə Avropada yalnız elektrik avtomobillərin satışına başlayacağını söz verib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, avtomobil istehsalçı benzin mühərrikli maşınlardan imtina edəcək. Şirkət hazırda Almaniyada yeni zavodun tikintisinə bir milyard ABŞ dolları sərmayə qoyur. Həmin zavodda elektromobillərin istehsalı başlayacaq. Birinci partiya 2023-cü ildə istifadəyə veriləcək.

“Ford” həmçinin Avropadakı bütün minik avtomobillərinin 2026-cı ilin ortalarına qədər tamamilə elektrikli və ya hibrid nəqliyyat vasitələri kimi istehsal edəcəyini planlaşdırır.

"Bu bizim elektrik avtomobillərin artımının əsasını təşkil etdiyi strategiyamızın Avropaya və gələcəyə sadiqliyini vurğulayır", - “Ford”un Avropa bölməsinin rəhbəri Stüart Rouli bildirib.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru