Silahlı şəxslər yüzlərlə şagirdi girov götürdü

18-02-2021, 10:21           
Silahlı şəxslər yüzlərlə şagirdi girov götürdü
Nigeriyada silahlı şəxslər Kaqara əyalətindəki Elm Kollecinə girərək yüzlərlə şagird və müəllimi girov götürüb.

Teref.az xəbər verir ki, hərbi forma geyinmiş çox sayda silahlı kişi girovlarını meşəyə aparıb.

Qaçırılan işçilərdən biri və bir neçə tələbə cinayətkarlardan xilas olmağı bacarıb.

Qeyd edək ki, 2 ay əvvəl qonşu Katsina əyalətinin Kankar şəhərində də 300-dən çox tələbə qaçırılmışdı.

Şagirdlər daha sonra dövlət rəsmiləri ilə danışıqlardan sonra sərbəst buraxılsa da, hadisə dünya miqyasında qəzəb doğurub.

Xatırladaq ki, Nigeriyada silahlı dəstələr tez-tez pul tələb etmək üçün girovlar götürür.Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru