Rusiyada xəstəxanada yanğın olub, ölənlər və yaralılar var

9-06-2021, 07:53           
Rusiyada xəstəxanada yanğın olub, ölənlər və yaralılar var
Rusiyanın Ryazan şəhərində yerləşən Semaşko xəstəxanasının reanimasiya şöbəsində yanğın hadisəsi baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Təhlükəsizlik məqsədilə 35 nəfər insan yanan ərazidən təxliyə edilib. Yanğının qarşısı alınıb və hazırda baş vermə səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru