Yaponiyanın cənubunda 15 min nəfərin təxliyyə edilməsinə əmr verilib

15-06-2021, 07:46           
Yaponiyanın cənubunda 15 min nəfərin təxliyyə edilməsinə əmr verilib
Yaponiyanın cənubundakı Okinava prefekturasının hakimiyyəti leysan yağışlar səbəbindən torpaq sürüşməsi təhlükəsi ilə bağlı 15 000 yerli sakinin təxliyyə edilməsi əmrini verib.

Trend-in məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, Okinavanın bəzi bölgələrində 80 mm-ə qədər yağıntı düşə bilər.

Bölgədə yağışlı mövsümün yaratdığı pis hava şəraiti Okinavada iyun ayının sonuna qədər davam edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru