SEPAH İordaniyadakı ABŞ bazalarına hücum etdi

Bu gün, 00:13           
SEPAH İordaniyadakı ABŞ bazalarına hücum etdi
İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, SEPAH bazalara raket hücumunun görüntülərini paylaşıb. Paylaşımda raketin üzərində Yaxın Şərqdəki ABŞ hərbi bazalarının xəritə üzərində yerləşdiyi ərazilər göstərilir. Xəritənin altında isə “İran Amerikanın Yaxın Şərqdəki bazalarına zərbələr endirir” ifadəsi yer alıb.

“İran xalqının təhlükəsizliyini pozmağa davam etdiyiniz müddətcə heç biriniz güvəndə olmayacaqsınız. Bunu bir neçə dəqiqədən sonra biləcəksiniz”, – deyə paylaşımda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru