"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ

Bu gün, 00:02           
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" -
"İstər qida məhsulları, istər dərman vasitələri, istərsə də sənaye mallarının qiyməti bazarda azad rəqabət əsasında formalaşmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Tarif Şurasının 143 dərman vasitəsinin qiymətini yenidən tənzimləməsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, qiymətlərin inzibati qaydada tənzimlənməsi uzunmüddətli perspektivdə effektiv nəticə vermir:
"Tarif Şurası kimi antiinhisar funksiyası daşıyan qurumun bu məsələlərə müdaxiləsi heç vaxt arzuolunan nəticə verməyib. Çünki dərmanların böyük əksəriyyəti kommersiya şirkətləri tərəfindən ölkəyə idxal olunur və onların qiymətinə bazar amilləri təsir göstərir. Yalnız onkoloji, psixotrop, xüsusi təyinatlı və humanitar yardım yolu ilə gətirilən dərmanlar istisna təşkil edir”.
Adil Qeybulla bildirib ki, dərmanların qiymətinə idxal zamanı ödənilən gömrük rüsumları, logistika və nəqliyyat xərcləri də birbaşa təsir edir:
"Tarif Şurası yalnız o halda qiymətləri sabit saxlaya bilər ki, həmin dərmanlar gömrük rüsumundan azad edilsin və idxalçılar qarşısında müəyyən öhdəliklər qoyulsun. Əgər bütün sahələrdə qiymətlər artırsa, bu, təbii olaraq dərman bazarına da təsir göstərəcək”.
Qeyd edək ki, Tarif Şurası Azərbaycanda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddini yenidən müəyyənləşdirib. Qərar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara və Tarif Şurasının 21 iyul 2015-ci il tarixli Təlimatına uyğun olaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru