General-mayor Mixail Drapatı dünən ZSU-nun Baş komandanı təyin edildi VİDEO
Bu gün, 00:07
9 may 2014-cü il, Ukrayna Silahlı Qüvvələrinin tabor komandiri mayor Mixail Drapatı Mariupol şəhərində pro-rus qüvvələrin mühasirəyə aldığı milis binasından əməkdaşların təxliyəsinə yardım etmək əmri alır. Dörd BMP-2 ilə şəhərə daxil olan Drapatı əmri yerinə yetirir. Doğrudur, milis rəisi əsir düşür, 3 milis nəfəri həlak olur, amma Ukraynaya sadiq qalan milislərin əksəriyyəti şəhərdən çıxır. Drapatı və kolonu şəhərdən çıxmaq istərkən sürücü-mexanik qarşıda yolun barrikadalarla kəsildiyini söyləyir. Drapatı isə “qaza bas” əmrini verir. Mayorun olduğu BMP-2 barrikadanı yararaq keçdi və bu zaman az qala çevriləcəkdi. Amma hər şey yaxşı qurtardı. Ukrayna bayrağı ucalan BMP-lər pro-rus qüvvələrin arasından qürurla keçib getdilər. General-mayor Mixail Drapatı dünən ZSU-nun Baş komandanı təyin edildi. Yadigar Sadıqlı