Monqolustanda şirkətlər əldə olunan gəlirlərinшт 60%-ni Çingiz xan Milli Sərvət Fondu vasitəsilə vətəndaşlara paylanılacaq

Bu gün, 17:28           
Monqolustanda şirkətlər əldə olunan gəlirlərinшт 60%-ni Çingiz xan Milli Sərvət Fondu vasitəsilə vətəndaşlara paylanılacaq
Son illərdə Monqolustanda mədən sektorunun sürətli inkişafı ölkənin iqtisadi gəlirlərini dəfələrlə artırıb.
Dünyanın ən böyük mis və qızıl mədənlərindən biri olan Oyu Tolqoy tam gücü ilə fəaliyyətə başlayıb. Bundan əlavə, nadir torpaq elementləri, uran kimi yeni perspektivli yataqlar tapılıb.
Gəlirdən başını itirməyən hökumət isə qərara gəlib ki, ölkənin strateji təbii sərvətlərini işlədən şirkətlər əldə olunan gəlirlərin 60%-ni Çingiz xan Milli Sərvət Fondu vasitəsilə vətəndaşlara paylasın. Məntiq sadədir: təbii sərvətlər bütün xalqındır.
Onsuz da vətəndaşların əldə etdiyi vəsait yenidən ölkə daxilində xərclənəcək və vergilər vasitəsilə iqtisadiyyata geri qayıdacaq.
Qeyd edim ki, Monqolustan demokratiya göstəricisinə görə 84/100 balla "azad ölkə" hesab olunur və söz azadlığı, siyasi rəqabət və seçkilər baxımından İtaliya, Belçika və Fransa kimi Qərb ölkələri ilə eyni kateqoriyada qiymətləndirilir.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru