Arvadına görə özünü yandıran öldü - Tovuzda

25-08-2015, 12:17           
Arvadına görə özünü yandıran öldü - Tovuzda
Həyat yoldaşının evi tərk etməsinə görə özünü yandıran 28 yaşlı gənc vəfat edib.

TİA.AZ xəbər verir ki, bu barədə Axar.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov məlumat verib.
Baş həkimin sözlərinə görə, ağır yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edən xəstənin durumu ağır olub: “Bədənin 70 faizi demək olar ki, tamamilə yanmışdı. Dünən gecə radələrində vəfat edib. Hadisənin dəqiq səbəbini bilmirik. Şəxs özü Qazax rayon sakini olub. Bizdə olan məlumata görə, ailə münaqişəsi zəminində özünü yandırıb. Hadisəni qayınatasının həyətində törədib”.
Qeyd edək ki, Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək özünü Tovuz rayonu Quşçu kəndində yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]