"Azərbaycanlılar xarici görünüşcə çox yaraşıqlı, qamətli və ciddi simaya sahibdir.
Bu gün, 16:34

Onlar müsəlman xalqları arasında ən avropalı olanıdır. Bir çox qəzalarda azərbaycanlıların savadlılıq və təhsil səviyyəsi hətta regiondakı ruslardan da yüksəkdir. Azərbaycanlılar mahiyyətcə türkdür, aborigendir (yerlidir) və sayca çoxluq təşkil edirlər. Onlar Qafqazın digər xalqlarında nadir hallarda rast gəlinən yüksək mənəvi keyfiyyətlərdən olan səmimiyyətə, dürüstlüyə, hədsiz qonaqpərvərliyə və alicənablığa sahibdirlər. Azərbaycanlılar Qafqazın sivilizasiya yaradan xalqıdır, onların dili, Azərbaycanın öz ləhcəsi, Qafqazın müxtəlif xalqları arasında ünsiyyət üçün istifadə edilir.Qafqaz regionunda müxtəlif xalqlar arasında ticarət, diplomatiya və gündəlik ünsiyyət vasitəsi məhz Azərbaycan türkcəsidir.Şimaldan Cənubi Azərbaycana qədər böyük bir coğrafiyada eyni etnik tərkib, eyni dil və eyni mədəniyyət hökm sürür və azərbaycanlılar vahid bir etno-mədəniyyətə malikdir.
Midiya, Atropatena və Azərbaycan ərazisində qədim dövrlərdən bəri türk tayfaları məskunlaşıblar. Azərbaycanlılar bu torpaqlara sonradan gəlmə deyil, Qafqazın en qədim yerli sakinləri və köklü xalqlarından biridir. Onlar xalçaçılıq, ipəkçilik, metal işləmə və zərgərlik sahəsindəki sənətkarlıqda üstündülər. Burada aşıq sənəti, şifahi xalq ədəbiyyatı və musiqinin çox geniş yayıldığını, ifaçıların böyük hörmətə sahib olmasının şahidi oluruq. Azərbaycan qadınları azad işləyir, üzləri açıq gəzir və cəmiyyətdə fəaldırlar.Burada şiə və sünni icmalarının dinc yanaşı yaşaması, digər dinlərə və millətlərə qarşı göstərilən tolerantlıq adamı heyran edir.
Bura köç etmiş ermənilər fars, ərəb və xüsusilə Azərbaycan aşıq və muğam sənətinin, musiqisinin böyük təsiri altındadır və öz məclislərində bunlardan istifadə edirlər".
Məşhur fransız coğrafiyaçısı və səyyahı Jan Jak Elize Reklyunun "Yer və insanlar. Ümumi coğrafiya. V cild: Avropa Rusiyası. Qafqaz" adlı kitabından. Kitab 1881-ci ildə Fransada nəşr edilib.
Prof. Dr. Zaur Aliyev .
Qeyd: Kitabdakı tatarlar sözü indiki mənasında azərbaycanlılar sözü ilə əvəz edilmişdir.
Şəkil: Azərbaycanlılar, 1900-2020-ci illərdə.

