Hindistanda naməlum xəstəliyə görə 16 yaşlı yeniyetmə beş ildir gölməçədə yaşayır - VİDEO

Bu gün, 16:38           
Hindistanda naməlum xəstəliyə görə 16 yaşlı yeniyetmə beş ildir gölməçədə yaşayır - VİDEO
Hindistanın Qərbi Benqal ştatının Mürşüdabad şəhərindən olan 16 yaşlı İqbal Şeyx vaxtının çox hissəsini gölməçədə keçirməyə məcburdur. Sərin su ona dərisində yaranan şiddətli və ağrılı yanma hissini azaltmağa kömək edir. Həkimlər artıq bir neçə ildir ki, bu vəziyyətin səbəbini müəyyənləşdirə bilmirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.
Yeniyetmənin ailəsi həm tibb müəssisələrinə, həm də xalq təbabəti ilə məşğul olanlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.

Gəncin hekayəsi sosial şəbəkələrdə geniş yayıldıqdan sonra Hindistanın ən varlı iş adamlarından biri olan Anant Ambaninin diqqətini çəkib. O, xəstəliyin səbəbinin müəyyənləşdirilməsi üçün İqbalın Mumbaya səfərini təşkil edib.

Bəzi mütəxəssislərin ehtimalına görə, İqbal dəridə yanma, qızartı və istilik hissinə səbəb olan nadir eritromelalgiya xəstəliyindən əziyyət çəkə bilər. Lakin yeniyetməyə hələ də dəqiq diaqnoz qoyulmayıb.

Bildirilir ki, Mumbaydakı həkimlər xəstəni hərtərəfli müayinə edərək müalicə və ya simptomların nəzarətdə saxlanılması üçün xüsusi plan hazırlamağa çalışacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru