Avropa Şurası Sumqayıtda şadlıq evi açıb? – FOTO

25-08-2015, 20:30           
Avropa Şurası Sumqayıtda şadlıq evi açıb? – FOTO
Sumqayıtda şadlıq evlərindən birinin qarşısında Avropa Şurasının rəmzi olan bayraq əks olunub. 17-ci mikrorayonda yerləşən “Dan ulduzu” restoranı bu emblemdən Avropa Zalının üzərində istifadə edib. İlk baxışda elə təəssürat yaranır ki, bu bina ya Avropa siyasi təsisatlarından hansınınsa binasıdır, ya da nə qədər qəribə olsa da, Avropa Şurası Sumqayıtda restoran açıb.

Məsələ ilə bağlı “Gencaile.az” saytının əməkdaşı şadlıq evi ilə əlaqə saxlayıb. Restoranın rəhbərliyindən olduğunu deyən Sərdar müəllim bu zalın Avropa Zalı olduğu üçün emblemdən istifadə edildiyini deyib: “Başqa nə sualnız olsa, gəlin burda cavab verim”. Görünür, şadlıq evi bu emblemin siyasi birliyin rəsmi bayrağı olduğunu nəzərə almayıb.
Məlumat üçün deyək ki, mavi səma fonunda ulduzlar dairəvi düzümlə birliyin rəmzini göstərir. Ulduzların sayı on ikidir və kamilliyin və tamlığın rəmzi olmaqla apostolları, Yakobun oğlanlarının, Heraklın 12 bacarığı, ilin on iki ayı, və s. rəmzidir.

Təsis edildiyi 1949-cu ildən etibarən Avropa Şurası xalqların müəyyən etməsi üçün Avropa rəmzini müəyyən etmişdir. 25 oktyabr 1955-ci ildə Parlament Assambleyası yekdilliklə mavi fonda dairəvi qızılı ulduzlar düzülmüş emblemi təsdiqləmişdir. 9 dekabr 1955-ci ildə təşkilatın Nazirlər Komitəsi həmin ilin 13 dekabrında Parisdə rəsmi olaraq təqdim edilən ulduzlarla bəzənmiş bayrağı qəbul etmişdir. 1983-cü ildə Avropa Parlamenti öz növbəsində Avropa Şurası tərəfindən hazırlanmış bayrağı qəbul edir və onun bütün Avropa Birliyinin rəmzi olmasını tövsiyyə edir. Avropa İttifaqı Şurası 1985-ci il iyunda bayrağı təsdiqlədi. Avropa ittifaqı təssisatları 1986-cı ildən etibarən bayraqdan istifadə etməyə başlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]