Göygöldə atışma - VİDEO

18-09-2015, 15:57           
Göygöldə atışma - VİDEO
Göygöl rayonunun Çaykənd kəndində qoruq nəzarətçisi ilə vətəndaş arasında silahlı insident baş verib.

Region TV xəbər verir ki, insident ötən gün axşam saatlarında məcburi köçkünlər 31 yaşlı Namiq İmanovla 40 yaşlı Mətləb Abbasov arasında yaşanıb. Hadisə zamanı tərəflərdən biri odlu silahdan istifadə edib. Ov tüfəngindən açılan atəş Mətləb Abbasova deyil, ona məxsus ata dəyib.

Zərərçəkən şəxs Mətləb Abbasov : “Ov tüfəngini üstümə tuşladı. Bu zaman mən də əl atıb at tərəfə yönəltdim. O da ata dəydi. Məni vurmaq istəyirdi”.

Qeyd edək ki, Namiq İmanov Göygöl Meşə Qoruğunda nəzarətçi işləyir. Qoruğa qanunsuz daxil olma və digər məsələlərlə bağlı tərəflər arasında təxminən üç aydır mübahisə gedir. Sonuncu dəfə isə belə bir mübahisə Namiq İmanovla Mətləb Abbasovun böyük qardaşı İlyas arasında yaşanıb.

Zərərçəkənin qardaşı İlyas Abbasov isə deyir ki, artıq üç aydır bu mübahisə başlayıb: `Deyir sizi iki qardaş ikinizi də öldürəcəm. Məni heç kim
tutmayacaq”. Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları araşdırma aparırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]