Poqba “Mançester Yunayted”ə şərt qoydu: Ronaldudan daha çox qazanmalıyam

12-11-2021, 07:52           
Poqba “Mançester Yunayted”ə şərt qoydu: Ronaldudan daha çox qazanmalıyam
“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba klubla müqavilə müddətini uzatmaq üçün şərt irəli sürüb.

Onun şərti klubun ən çox qazanan futbolçusu olmaqdır. Pol Poqbanın maaş baxımından hətta Kriştianu Ronaldunu da geridə qoymaq istədiyi qeyd olunur.

Poqbanın istədiyi məbləğin təxminən həftəlik 585 min avro olduğu bildirilir. Onun hazırda aldığı məvacib isə tələb etdiyindən iki dəfə azdır.

Mənbə: L’Equipe












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru