Ata qəza törətdi, 5 yaşlı oğlu öldü

2-02-2024, 11:11           
Ata qəza törətdi, 5 yaşlı oğlu öldü
Yevlax rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Dünən saat 17 radələrində rayon sakini Yavər Həsənovun sürdüyü avtomobil Bakı-Qazax magistralında hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq səkiyə və oradakı ağaca çırpılıb.

Qəza zamanı sürücünün 5 yaşlı oğlu Məna Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru