Okeanın dibindəki Superkar qəbristanlığı
27-09-2025, 08:04

2022-ci ilin martında Atlantik okeanda Felicity Ace gəmisində yanğın çıxmışdı. Səbəbi isə Porsche elektromobilinin batareyası idi. Gəmi Volkswagen AG-yə məxsus olan 4000 avtomobil daşıyırdı.
Yanğını söndürmək mümkün olmadı. Bir neçə gün davam edən yanğından sonra gəmi çevrilərək (3 km dərinlikdə) okean sularında qərq oldu. Bu hadisə okeanın dibini ən bahalı avtomobil parkına çevrildi. Ümumi dəyən zərər – 400 milyon Avro.
Bu hadisə təkcə avtomobil sənayesinə deyil, həm də dəniz ekosistemlərinə ciddi təsir göstərdi. Litium-ion batareyalar, yanacaq və yağlar okean dibində qalaraq ekoloji narahatlıq yaradır.
Batmış modellər arasında:
• Lamborghini – 85 ədəd, o cümlədən:
◦ 15 ədəd Aventador Ultimate
◦ 20 ədəd Hurracan
◦ 50 ədəd Urus
• Porsche – 580 ədəd
• Bentley – 190 ədəd
• Audi – 846 ədəd
• Volkswagen – 523 ədəd
• Nadir klassiklər: Honda Prelude SiR (1996), Land Rover Santana (1977), BMW 750i (2007) və digər.
P. S. Şəkil AI tərəfindən yaradılıb.
Рамин Мусаев
TEREF

