Şahzadə Diana və Uinston Çörçillin qohumu məhkəmə qarşısına çıxacaq

9-10-2025, 17:24           
Şahzadə Diana və Uinston Çörçillin qohumu məhkəmə qarşısına çıxacaq
Şahzadə Diana və Uinston Çörçillin qohumu olan 12-ci Marlboro hersoqu Ceyms Spenser-Çörçill məhkəmə qarşısına çıxarılacaq.

Oxu.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Bildirilir ki, buna səbəb 69 yaşlı hersoqun yol hərəkəti qaydasını pozaraq sürət həddini aşmasıdır. Bundan əlavə, o, sürücülük vəsiqəsini təqdim etməkdən imtina edib. Ceyms hər iki ittiham üzrə özünü günahkar hesab etmir.

Qeyd edək ki, Ceyms Spenser-Çörçill şahzadə Diananın əmisi oğlu və Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillin qohumudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]