Əzəli rəqabət: BMW satışlara görə "Mercedes"i ötdü

9-10-2025, 17:24           
Əzəli rəqabət: BMW satışlara görə "Mercedes"i ötdü
Almaniyanın BMW və "Mercedes-Benz" şirkətləri bu ilin üçüncü rübü üzrə qlobal satış nəticələrini açıqlayıb.

Auto.ru xəbər verir ki, iki avtomobil nəhəngi fərqli satış tendensiyaları nümayiş etdirib.

Münhen təmsilçisi BMW satışlarını artırmağa nail olub, "Mercedes-Benz" isə əksinə, satışlarda əhəmiyyətli azalma ilə üzləşib. Şirkətlər arasında fərq 33.2% təşkil edib.

İyul-sentyabr aylarında BMW-nin qlobal satışları 588 300 avtomobilə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% çoxdur.

"Mercedes-Benz" isə eyni dövrdə 441 500 avtomobil satıb ki, bu da ötən illə müqayisədə 12% azalma deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]