Bu ilin yanvar-iyun aylarında ölkə banklarının ümumi depozit portfeli 37 milyard 674 milyon 120 min 80 manat təşkil edib.
Bu göstəricinin 59,7 %-i və ya 22 milyard 292 milyon manat hüquqi şəxslərin, 40,3 %-i və ya 15 milyard 60,7 milyon manat isə fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) əmanətlərindən ibarətdir.
Depozit portfeli baxımından lider banklar sırasında ilk yerdə "Kapital Bank" qərarlaşıb. Bankın depozit portfeli 9 milyard 477 milyon 352 min manat olub. İkinci yeri isə 9 milyard 68 milyon 190 min 420 manat ilə "Azərbaycan Beynəlxalq Bankı" tutub.
Depozit portfeli nisbətən aşağı olan bankların adları isə aşağıdakı kimi olub: