Kartını digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə bilər

10-10-2025, 11:14           
Kartını digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə bilər
Öz bank kartını "drop", yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilər.

TEREF xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla birgə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Y.Hüseynov əlavə edib ki, kibercinayət ölkə daxilində baş verəndə banklarla yaradılan işçi qrup, provayderlərlə qarşılıqlı əlaqə çərçivəsində bu cinayətlərin açılması təmin edilir. Hücum ölkə xaricindən ediləndə isə burada hüquqi baxımından problem yaranır:

"Məsələn, ötən il Çindən olan şəxs həmin ölkədən Azərbaycanın təxminən 570 vətəndaşına qarşı dələduzluq etmişdi. Texniki və qarşılıqlı yardım üsulları ilə bunu edənin şəxsiyyəti müəyyənləşdi. Lakin vətəndaşı maraqlandıran məsələ itirdiyi maddi vəsaitdir. Həmin ölkə vətəndaşı burada deyil, ona görə qanunvericiliyə görə həmin vəsaiti qısa müddətdə geri qaytara bilmirik".Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]