HƏMAS: Girovlar atəşkəsdən sonra azad ediləcək

10-10-2025, 10:24           
HƏMAS: Girovlar atəşkəsdən sonra azad ediləcək
İsrailli girovların azad edilməsi yalnız Qəzza zolağında rəsmi atəşkəs elan edildikdən sonra başlayacaq.

Teleqraf xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Usamə Həmda bildirib.

"Mübadilə müharibənin başa çatması rəsmən elan edildikdən sonra başlayacaq", - HƏMAS sözçüsü bildirib.

Oktyabrın 9-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanan sazişin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.

Sülh planının birinci mərhələsinə görə, HƏMAS girovları 72 saat ərzində İsrailə təhvil verməyi öhdəsinə götürür. Bunun müqabilində İsrail 24 saat ərzində anklavdan qismən çıxmağa başlayacaq və 2000 fələstinli məhbusu azad edəcək.

ABŞ prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqdə “böyük hadisələrin” baş verəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]