“Vəziyyət ağırdır, həqiqəti deməliyik” – Kliçko Kiyev sakinlərinə xəbərdarlıq etdi

11-10-2025, 10:34           
“Vəziyyət ağırdır, həqiqəti deməliyik” –
Kiyev meri Vitali Kliçko yaxın günlərdə Rusiyanın yeni hücumunun gözlənildiyini bildirib.
Kliçko Ukrayna paytaxtının sakinlərini su və qida ehtiyatı toplamağa, telefon və digər cihazlarını doldurmağa, eləcə də isti paltar hazırlamağa çağırıb.

“Vəziyyət çətindir. Gəlin həqiqəti deyək və arxayınlaşmayaq. Yaxın günlərdə yeni hücum proqnozlaşdırılır. Kiyev sakinlərini mümkün qədər diqqəti cəmləməyə və praqmatik hərəkət etməyə çağırıram. Su ehtiyatı toplayın, ilk yardım çantası, qida ehtiyatı hazırlayın, cihazlarınızı doldurun. İsti paltar alın”, – Kliçko sosial deyib.

Onun sözlərinə görə, Kiyev oktyabrın 10-da ən ağır hücumlardan birini yaşayıb. Səhər tezdən bütün xidmətlər Rusiyanın hücumunun nəticələrinə aradan qaldırmağa cəlb olunub. Artıq 423 mindən çox abonentin elektrik enerjisi bərpa olunub.

Xatırladaq ki, dünən gecə Rusiya Ukrayna ərazisinə PUA vasutəsilə hücum edib. Ukrayna paytaxtında elektrik və su təchizatında fasilələr yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]