Çində yağış altında işləyə bilən ilk insanabənzər robot hazırlanıb

11-10-2025, 16:58           
Çində yağış altında işləyə bilən ilk insanabənzər robot hazırlanıb
Çində "DEEP Robotics DR02" indeksli insanabənzər robot təqdim edilib.

Technode.com saytı xəbər verir ki, robot öz sahəsində nəm, toz və aşağı temperaturdan qorunma funksiyası olan ilk modeldir.

"DEEP Robotics DR02" küçədə və yüksəkrütubətli daxili məkanlarda kommersiya məqsədləri üçün nəzərdə tutulub. Boyu 175 sm olan robotun elan edilmiş iş temperaturu aralığı -20°C-dən +55°C-dəkdir.

"DR02"in hərəkət sürəti 1,5 m/san təşkil edir, maksimal sürəti isə 4 m/saniyəyə çatır. Robot hündürlüyü 20 sm-dək olan pilləkənləri qalxa, çəkisi 20 kq-a qədər olan yükləri daşıya bilir.

Yeni məhsulun qiyməti hələ açıqlanmasa da, 40 000 dollara yaxın olacağı ehtimal edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]