ABŞ-ın keçmiş prezidenti Co Bayden şüa müalicəsi alır

12-10-2025, 10:24           
ABŞ-ın keçmiş prezidenti Co Bayden şüa müalicəsi alır
ABŞ-ın keçmiş prezidenti Co Baydenə may ayında diaqnoz qoyulan prostat vəzi xərçənginin müalicəsi ilə bağlı açıqlama verilib.
Bizimyol.info xəbər verir ki, Keçmiş ABŞ prezidenti Baydenin sözçüsü: "Prezident Bayden hazırda prostat xərçəngi üçün müalicə planının bir hissəsi olaraq şüa terapiyası və hormon terapiyasından keçir", - deyib.

ABŞ-ın keçmiş Demokratik prezidenti may ayında prostat xərçəngi diaqnozunu açıq elan etdi. Müalicə prosesi ilə bağlı Bayden: “Hər şey altı həftə ərzində hər gün müəyyən həb qəbul etmək, sonra başqa dərmana keçməkdir. Vəziyyət yaxşı istiqamətdə inkişaf edir. Biz hər şey üzərində işləyirik və proses gedir. Beləliklə, özümü yaxşı hiss edirəm”, - deyə qeyd edib.

Baydenin tibbi qrupu xəstəliyin "aqressiv, lakin hormonlara həssas" olduğunu və buna görə də müsbət nəticə ehtimalının yüksək olduğunu bildirib.

Gələn ay 83 yaşı tamam olacaq keçmiş ABŞ prezidenti də ötən ilin sentyabrında dəri xərçəngindən əməliyyat keçirdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]