"Tesla"da İlon Maskın alacağı fantastik MAAŞ

13-10-2025, 12:34           
"Tesla"da İlon Maskın alacağı fantastik MAAŞ
"Tesla"nın illik səhmdar yığıncağı noyabrın 6-da baş tutacaq.

TEREF oxu.az-a istinadən xəbər verir ki, iclasda səhmdarlar digər məsələlərlə yanaşı, şirkətin rəhbəri İlon Mask üçün kompensasiya paketinin lehinə və ya əleyhinə səs verəcəklər.

Belə ki, hələ 2018-ci ildə Mask şirkətdəki maaşından və bonuslarından imtina edərək yalnız "Tesla"nı müəyyən səviyyəyə çatdırdıqdan sonra öz məvacibini alacağını bəyan edib.

Qeyd edək ki, son on ildə "Tesla"nın bazar kapitallaşması 59,1 milyard dollardan 1,374 trilyon dollaradək artıb. İndi isə Mask bu illər ərzində ona düşən vəsaiti istəyir ki, bu da təxminən 1 trilyon dollar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]