Aysel keçmiş həyat yoldaşını yenidən məhkəməyə verdi

14-10-2025, 10:34           
Aysel keçmiş həyat yoldaşını yenidən məhkəməyə verdi
Bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. Tribunainfo.az xəbər verir ki, bu haqda Aysel özü məlumat yayıb. O bildirib ki, Oqtaya cinayət işi açıblar.

“Növbəti zəfər… Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. Belə ki, CM-nin 147.1 və 148-ci maddələri üzrə Oqtay Əhmədovun hüquqazidd əməllərinə dair şikayət ərizəmizin məhkəmə baxışına verilməsi və cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılması qərara alındı”.

Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib.

Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]