Şəhla İsmayıl məsuliyyətə cəlb olundu - TƏFƏRRÜAT

14-10-2025, 09:28           
Şəhla İsmayıl məsuliyyətə cəlb olundu - TƏFƏRRÜAT
“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl haqqında cinayət işi başlanıb.

TEREF “Gununsesi.info”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.

Şəhla İsmayıl Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilir.

Qeyd edək ki, Baş Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]